Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

10-05-2024, 12:31 103 dəfə baxılıb

 “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb.

“Azerinews.az” ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslər ayrı-ayrılıqda tamah məqsədilə adam öldürməkdə təqsirli bilinib. Keçmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyev hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mərhum prorektorun qətlinin sifarişçisi kimi mühakimə edilən eks-rektor son sözündə Tariyel Əhmədovu öldürtdürmək fikrinin olmadığını təkrar edərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib. 

Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930