Bakıda yolu keçən qadını avtomobil vurub
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən 1989-cu il təvəllüdlü Afaq Səməd qızı Bayramovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.