Beyləqanda yeddi min manatlıq heyvan oğurlayan şəxs saxlanılıb - FOTO

15-05-2024, 21:30 120 dəfə baxılıb

 Beyləqanda iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı “RPQ” markalı qumbaraatanı polisə təhvil verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031