Bu incəsənət məktəbində 200 minə yaxın pul mənimsənilib

15-05-2024, 11:38 134 dəfə baxılıb

 

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930