Azərbaycan beynəlxalq axtarışa verilmiş 2 nəfəri Özbəkistana təhvil verib

15-05-2024, 12:07 111 dəfə baxılıb

 Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930