Meyiti zirzəmidə basdırılan qız tələbə imiş - Boğularaq öldürüb

15-05-2024, 12:57 218 dəfə baxılıb

 

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

 

"Azerinews.az" xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

 O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

 Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

 Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031