Bir ilə fahişəliyə cəlb etməyə görə 70 nəfər tutulub

17-05-2024, 11:01 240 dəfə baxılıb

 

Ötən il Azərbaycanda pornoqrafik materialları və əşyaları qanunsuz yayan 5 nəfər saxlanılıb.

“Azerinews.az” xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər üzrə saxlanılan şəxslərdən 23 nəfər əxlaqsızlıq yuvaları saxlamaqda, 70 nəfər isə fahişəliyə cəlb etməkdə təqsirli bilinib.

Sənəddə həmçinin vurğulanıb ki, Azərbaycanda 2005-2023-cü illər ərzində İnsan alveri cinayətlərinə görə 636 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 541 nəfəri qadın, 95 nəfəri isə kişi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930