DİN bu şəxslərə dələduzluqla bağlı xəbərdarlıq etdi

18-05-2024, 12:37 71 dəfə baxılıb

 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq dələduzluq halları ilə bağlı araşdırma aparmağı tövsiyə edib.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı nazirliyin yaydığı xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə bu məlumatları bilmək vacibdir: “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.

Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930