Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

20-05-2024, 11:29 139 dəfə baxılıb

 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün VAZ-2107 markalı, 10-LK-422 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də, o buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən Rövşən oğlu Rüstəmli saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Rüstəmli sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031