İki gündə kartlardan 40 minə yaxın pul oğurlanıb - DİN

20-05-2024, 12:35 151 dəfə baxılıb

“Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb:

“Bütün faktlar bir üsulla - şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dür. “Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, - deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur”.

DİN-in rəsmisi müracətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdan əlavə məlumatlar verilməməlidir:

“Əgər hər hansı cəbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsitinizi itirəcəksiniz”.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930