Bakıda 2600 manatlıq antik samovar oğurlanıb

20-05-2024, 14:49 117 dəfə baxılıb

 

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

"Azerinews.az"  DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Kənan Orucov saxlanılıb.
Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031