Ramin İsayevin ittihamı ağırlaşdırıldı

30-05-2024, 12:22 145 dəfə baxılıb

 

16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ƏAzerinews.az" "Qafqaz.info" ya istinadən xəbər verir ki, 11 ay davam edən araşdırma bu günlərdə tamamlanıb.

R.İsayevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə də əlavə ittiham verilib.

Məlumatı Ramin İsayevin vəkili Ceyhun Yusifov saytımıza təsdiqləyib.

C.Yusifov deyib ki, müvəkkili verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilmir. Hesab edirik ki, Ramin İsayev təqsirsizdir, müdafiə tərəfindən də ittihamın əksinə toplanmış dəlil və sübutlar məhkəmə istintaqı dövründə ortaya qoyulacaq. İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, Harvard Universitetində təhsil alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930