Goranboy polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var

27-06-2024, 10:16 178 dəfə baxılıb

 Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Sadıqov saxlanılıb.

"Azerinews.az"  xəbər verir ki, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər bir tədbir nəticəsində isə qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa polis "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Mənəşli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 149 kq 2218 ədəd çətən bitkisi toplanılaraq məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930