Zakir Sultanov azadlığa buraxıldı

1-07-2024, 17:25 137 dəfə baxılıb

 

Korrupsiyaya görə 5 il 6ay azadlıqdan məhrum edilmiş Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim Ramilə Xəzri qərar qəbul edərkən məhkumun cəzasının 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Z.Sultanov həbs cəzasının qalan 1 il 5 ayından azad edilib. 

Qeyd edək ki, Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib.

Xatırladaq ki, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov isə ötən ilin mayında Prezidentin sərəncamı ilə əfv edilib. 

Sail Ağasəlim







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031