Güclü yağış nəticəsində Bakıda ev uçdu

22-10-2024, 10:33 2 dəfə baxılıb

Güclü yağış nəticəsində Bakıda ev uçdu

Bu gün səhər saatlarında Bakıda uçqun baş verib.

Bu barədə Konkret.az-a Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.
 
Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.

Vətəndaşlar bildirir ki, artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və ev sahibi uçqun altından çıxarılıb.

Sakinlər onu da qeyd edirlər ki, sözügedən ərazi söküntü zonasıdır və hətta uzun illər öncə bununla bağlı müvafiq sənədləri toplayıb aidiyyəti qurumlara təqdim ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031