5 Rusiya vətəndaşı saxlanıldı

23-01-2024, 19:30 1 dəfə baxılıb


 

Tailandda qeyri-qanuni qumar oynamaqda və tütün qarışıqları saxlamaqda şübhəli bilinən 5 rusiyalı saxlanılıb.

 "azerinews.az" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.

Polis Phuket villalarından birində poker oynayan Rusiya vətəndaşlarını yaxalayıb, onlardan birində ölkədə çəkilməsi qadağan olunmuş qəlyan tütünü aşkar edilib. Beş rusiyalının hamısı əlavə araşdırmalar üçün polis bölməsinə aparılıb.

 Taylandda qumarda iştirak iki ilə qədər həbslə cəzalandırılır. Mövcud qanunvericiliyə görə, krallıqda elektron siqaret və qəlyanların istifadəsi, habelə onların ölkəyə gətirilməsi 1 milyon bat (28 min dollar) məbləğində cərimə və ya 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930