Onların maaşı artırıldı - Sərəncam

4-10-2025, 16:56 8 dəfə baxılıb

 

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

“Azerinews.az” xəbər verir ki, Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilir.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam 2025-ci il avqustun 1-dən tətbiq edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930