"Bu barədə xəbər bizi olduqca sarsıtdı”

15-12-2025, 15:39 3 dəfə baxılıb

 

Prezident İlham Əliyev Avstraliyanın Baş naziri Entoni Albanizə başsağlığı verib.

“Azerinews.az” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Baş nazir,

Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Avstraliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Xatırladaq ki, ötən gün Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib. Ən son məlumata görə, hadisə nəticəsində aralarında uşaqların da olduğu 16 nəfər həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031