Azərbaycan Qəzzada beynəlxalq missiyaya qatılacaq? - İlham Əliyevdən cavab

6-01-2026, 09:45 7 dəfə baxılıb

 

"Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-nin BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib.

“Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə, heç bir vəchlə qəbul edilə bilməz.

Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur.

Beləliklə, sağ olun ki, siz bu sualı verdiniz, çünki xarici mətbuatda bu mövzuda çoxlu sayda şayiələr dolaşır. Xüsusilə Amerika diplomatiyasının yüksəkrütbəli məmurunun bu cür məsuliyyətsiz və yalan bəyanatlar verdiyi vaxt. Bu, həm də mənə imkan verdi ki, istər bizim, istərsə də beynəlxalq auditoriyanın diqqətinə bu məsələ ilə bağlı bizim mövqeyimizi çatdırım”, - Prezident qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930