"Evimdə əsir götürülmüşəm” - Maduro

6-01-2026, 09:56 8 dəfə baxılıb

 

Nyu-York Federal Məhkəməsində Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə keçirilən ilk dinləmədə o, özünü “müharibə əsiri” elan edərək bütün ittihamları rədd edib.

“Azerinews.az” xəbər verir ki, CNN tərəfindən canlı yayımlanan məhkəmə prosesində hakim Alvin Hellerşteyn Maduro və həyat yoldaşı Siliya Floresin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Prezident və xanımı məhkəmədə ispan dilində çıxış edərək günahsız olduqlarını bildiriblər.

“Mən Venesuela Prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm. Karakasdakı evimdə əsir götürülmüşəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, hakim növbəti məhkəmə iclasını 17 mart tarixinə təyin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031