Xalq artisti Şahnaz Haşımovanın SON VƏZİYYƏTİ: "Sabah evə buraxıla bilər"

28-10-2025, 11:55 5 dəfə baxılıb

 

Xalq artisti Şahnaz Haşımova sabah evə buraxıla bilər.

Bu barədə onun nəvəsi Eldar Abdullayev məlumat verib.

O qeyd edib ki, Şahnaz xanım hazırda özünü yaxşı hiss edir.

"Şahnaz xanım hələ xəstəxanadadır, palata şəraitində müalicəsi davam edir. Həkimlər deyirlər ki, əgər vəziyyət bu şəkildə davam edərsə, sabah evə buraxıla bilər.

Nənənin yanında mən qalıram, amma narahat olmasın deyə palataya çox girib-çıxmıram. Əhvalı yaxşıdır, yeməyi qaydasındadır. Ağrıları, əlbəttə, var, normaldır. İstər-istəməz olmalıdır, əməliyyatdan çıxan adamdır. Ümumilikdə isə əhvalı normaldır.

Gəncə Beynəlxalq Xəstəxanasında da ona çox yüksək səviyyədə diqqət göstərirlər. Sağ olsunlar, İlkin həkim, Anar həkim çox həssas yanaşırlar nənəyə. Evə getmək istəyir, ev üçün darıxır nənə. Biz özümüz də istəyirik evə aparaq. Evdə daha rahat olar onun üçün. Həkimlər də deyirlər, sabaha-birigünə evə buraxa bilərik", - deyə E.Abdullayev bildirib.

Qeyd edək ki, Xalq artisti Şahnaz Haşımova oktyabrın 25-də Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930