70 yaşlı aktyor səkkizinci dəfə ata oldu

28-10-2025, 15:35 10 dəfə baxılıb

 

Amerikalı aktyor Kelsi Qremmer 8-ci dəfə ata olub.

“Azerinews.az” xarici mətbuata istinadən xəbər verir ki, 70 yaşlı aktyorun həyat yoldaşı Keyt Uolş dördüncü körpəsini qucağına alıb.

Aktyor ötən gün qatıldığı bir verilişdə bu barədə danışaraq 3 gün öncə doğulan oğullarına Kristofer adını verdiklərini açıqlayıb.

İndiyə qədər 3 dəfə evli olan Qremmer ilk dəfə 1983-cü ildə ailə həyatı qurub. Onun ilk övladı da Dorin Aldermanla evliliyindən dünyaya gələn qızı Spenser olub. Hazırda onun 43 yaşı var.


 

Cütlük 1990-cı ildə boşandıqdan sonra Kelsinin ozamankı sevgilisi Berri Buknerdən ikinci qızı dünyaya gəlib. Gir adlı qızının isə hazırda 33 yaşı var.

 

Li-En Çuhani ilə də qısa müddət evli olan K.Qremmerin bu münasibətdən də iki uşağı var: 23 yaşlı qızı Mason və 20 yaşlı oğlu Cud.

Daha sonra Kamill Qremmer ilə evlənən məşhur aktyor indiki həyat yoldaşı Keyt Uolşla evli ikən tanış olub. 2011-ci ilin fevralında Nyu-Yorkda ailə quran cütlüyün Faith (13), Qabriel (11) və Ceyms (8) adlı uşaqları dünyaya gəlib.

K.Qremmer bildirib ki, 2018-ci ildə K.Uolşla münasibətlərinə yenidən şans veriblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930