Nigar Camalın adından dələduzluq

4-03-2024, 10:45 1 dəfə baxılıb

 

Müğənni Nigar Camal onun adından dələduzluq edildiyini iddia edib.

“"Azerinews.az” xəbər verir ki, ifaçı bu haqda instaqram səhifəsində məlumat verib.

Sənətçi bildirib ki, onun adından istifadə edən şəxs fanatlarını şantaj edib və onlardan pul istəyib.

“Məmmədov Elşad Eldar oğlu adı biri TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə pul istəyib. Onlardan şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Xahiş edirəm, heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın”, - deyə Nigar bildirib.

Müğənni bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib.

***

DİN Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, bununla bağlı hazırda araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930