Aygün Bəylərin keçmiş həyat yoldaşı onun məzarından şəkil paylaşdı - FOTO

15-03-2024, 22:30 96 dəfə baxılıb

 

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət özünün sosial şəbəkədəki hesabında mərhum sənətçinin məzarının şəklini paylaşıb.
Məlumata görə, bununla da Rəsul Vilayət Aygün Bəylərin ölümündən kədərləriyini ifadə edib.

Sosial şəbəkə istifadəçiləi isə Rəsul Vilayətə başsağlığı veriblər.

Rəsul Vilayət bugünə kimi Aygün Bəylərin vəfatına reaksiyasını bildirməmişdi.

Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan Əməkdar artist Aygün Bəylər 2024-cü il yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib. Mərhum Bakıdakı Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı dünyaya gəlib.

14 yaşlı Canan hazırda Bakıda xalasının himayəsində yaşayır.

Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb.

O, hazırda Berlində özünün yaratdığı “Barini MUSIC Production” şirkətinə rəhbərlik edir.

Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir – 2 oğlan, 1 qız.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930