Aleksandr Vasilyev Bakıya gəlib

6-05-2024, 23:00 121 dəfə baxılıb

 Rusiyalı dəb tarixçisi, sənətşünas və teleaparıcı Aleksandr Vasilyev Bakıya gəlib. 

“Azerinews.az” xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib. 

Vasilyev qeyd edib ki, ilk dəfə Bakıya atası ilə 1971-ci ildə məşhur azərbaycanlı rəssam Tahir Salahovun dəvəti ilə gəlmişdi. 

“Bakı bizi Xalça festivalı, dadlı restoranları, sarayları və muzeyləri, həmçinin qayaüstü rəsmləri ilə şöhrət qazanmış Qobustan qoruğuna səfərlə sevindirdi”, - rusiyalı məşhur budəfəki səfəri haqda yazıb. 

Qeyd edək ki, A. Vasilyevin instaqramda 1,4 milyondan çox izləyicisi var. 











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930