Payızın ilk iclası başladı - Yenilənib

30-09-2025, 11:57 86 dəfə baxılıb

 

Milli Məclisin payız sessiyasında ilk iclası başlayıb.

“Azerinews.az” xəbər verir ki, deputatlar bu gün 12 məsələni müzakirə edəcək.

Sədr Sahibə Qafarova payız sessiyasını açıq elan edib. Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, müzakirə olunacaq məsələlər içində 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə bağlı Milli Məclisin Bəyanatı da yer alıb. 

***

Sahibə Qafarova plenar iclasda BMT Baş Assambleyasının 80-ci sessiyasından danışıb: “Bildiyiniz kimi, Prezident İlham Əliyev sentybarın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Dövlət başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və lider ölkə statusuna keçib. Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərib ki, dayanıqlı yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür. 

Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına, infrastrukturuna inkişafına böyük diqqət yetirildi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930