Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşavirni qəbul edib

30-09-2025, 16:42 7 dəfə baxılıb

Sentybarın 30-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.

Xarici İşlər Nazirliyindən Azerinews-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930