Kamran Əliyev: ABŞ-də imzalanan sülh sənədi Azərbaycanın siyasi qələbəsidir

1-10-2025, 11:33 5 dəfə baxılıb

Ermənistan və Azərbaycan arasında sülh istiqamətində bu il avqustun 8-də ABŞ-də imzalanan sənəd Azərbaycanın müharibədəki qələbəsindən sonra olan siyasi qələbəsidir.


"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.


O bildirib ki, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb: "Biz ona görə müharibə apardıq ki, torpaqlarımız geri qayıtsın. 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi".


Baş prokuror əlavə edib ki, həmçinin ABŞ-də Azərbaycana qarşı sanksiyanı nəzərdə tutan "907-ci düzəliş"in ləğvi də Prezident İlham Əliyevin siyasi və diplomatik sahədə qazandığı yeni qələbə idi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930