Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

2-10-2025, 16:01 135 dəfə baxılıb

 

Oktyabrın 2-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindənverilən xəbərə görə, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Avropa bürosunun Baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə Masaki İşikava başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı siyasi, iqtisadi, investisiya, ticarət, təhsil, mədəniyyət, humanitar, enerji, ekologiya, iqlim, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri, beynəlxalq arenada və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərdə normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930