Tokayev: “Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində mühüm rol oynayır”

7-10-2025, 22:01 4 dəfə baxılıb

 

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın sülh təşəbbüsünü və Prezident İlham Əliyevin sədrliyini yüksək qiymətləndirib.

Qazaxıstan lideri çıxışında deyib:

“Bu çətin dövrdə Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyanatın imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu tarixi addım 30 il davam edən münaqişənin həllində mühüm addım olacaq”.

Tokayev, həmçinin Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfəni xüsusi qeyd edərək söyləyib:

“Mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsində verdiyi töhfəyə görə Azərbaycana və bütün türk dövlətlərinə təşəkkür edirəm. Əminəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı fəaliyyətini daha da uğurla davam etdirəcək”.

Qazaxıstan prezidenti, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi və regional sabitliyin qorunması istiqamətində mühüm rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930