Ankarada üçtərəfli görüş keçirilir - Fotolar -

9-10-2025, 14:24 8 dəfə baxılıb

 

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.


“Azerinews.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bildirilib ki, o, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Həmçinin qeyd olunub ki, görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930