Ramil Həsən TÜRKPA-da səlahiyyətlərinin icrasına başladı
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.
"Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.
Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: