Zakir Həsənov Özbəkistana səfər edib - Fotolar

20-10-2025, 21:11 5 dəfə baxılıb

 

u gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə “Birlik-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Səmərqəndə səfər edib. 

“Azerinews.az” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb. 

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930