Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

21-10-2025, 16:33 5 dəfə baxılıb

 

“Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan feysbuk hesabında paylaşım edib. 

“Bu, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan və Azərbaycan arasında qurulan sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - Bağdasaryan vurğulayıb.

Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930