"Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov

24-10-2025, 18:46 5 dəfə baxılıb

 

Bir neçə gün bundan əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.

“Azerinews.”un məlumatına görə, Abid Şərifov Manset.az-a açıqlamasında insult keçirdiyini təsdiqləyib.

"Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm”, - deyə A.Şərifov bildirib.

Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930