ŞƏT-in Baş katibi Azərbaycana gəlib

5-02-2024, 17:10 4 dəfə baxılıb

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Çjan Min Azərbaycana gəlib və o, ölkədəki prezident seçkiləri ilə bağlı təşkilatın müşahidəçilər missiyasına rəhbərlik edəcək.

"Azerinews.az" xəbər verir ki, bu barədəŞƏT-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onu hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Departamentinin rəhbəri Əkrəm Zeynallı qarşılayıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031