Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

31-10-2025, 12:38 9 dəfə baxılıb

 Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

"Azerinews.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki,  bu, barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.

Məlumatı klinikadan  təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. 

Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub.  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930