Bakıda NATO kursu keçirilir

5-11-2025, 11:45 6 dəfə baxılıb

 

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində "Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)" kursu keçirilir.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak edirlər.

Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır.

Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930