Pakistanın baş naziri bu gün Azərbaycana gəlir

7-11-2025, 12:13 2 dəfə baxılıb

 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda rəsmi səfərdə olacaq.

"Azernews.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycana səfəri zamanı Şahbaz Şərif Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.

"Səfər zamanı baş nazir Zəfər Günü münasibəti ilə rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında bildirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930