Ərdoğan Bakıda bu məsələləri müzakirə edəcək

7-11-2025, 17:09 5 dəfə baxılıb

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü ilə bağlı Bakıda keçiriləcək hərbi paradda iştirak etmək üçün Azərbaycana səfər edəcək”.

"Azerinews.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” hesabında yazıb. 

Onun sözlərinə görə, Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də paradda iştirak etmək üçün Bakıda səfərdə olacaq Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031