Ərdoğan sabah Azərbaycana gələcək

7-11-2025, 19:58 6 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah - noyabrın 8-də Azərbaycana gələcək.

"Azerinews.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, Türkiyə lideri Bakıda Zəfər Günü münasibəti ilə təşkil olunacaq paradda iştirak edəcək.

"Prezidentimiz səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə tədbirdə iştirak edəcəklər. Səfər zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal hadisələrlə bağlı danışıqlar aparacağı da nəzərdə tutulub", - deyə B.Duran bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930