Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı
“Vətən müharibəsi dövründə bütün danışıqlar Minsk qrupunun himayəsi altında gedirdi”.
“Azerinews.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
O qeyd edib ki, bu müddət ərzində üç dəfə həmsədr ölkələr tərəfindən danışıqlar təşkil edildi:
“Onların hər birinin fərqli cəhətləri vardı. Gərginlik baxımından ən gərgini Moskva danışıqları idi. Moskva görüşü digərlərindən fərqlənirdi. Nə qədər ağır vəziyyət olursa-olsun, öyrəşirsən. Təzyiqə də öyrəşirdik, baxmayaraq ki, arta-arta davam edirdi.
Prezident İlham Əliyev, Ermənistan Baş nazirindən fərqli olaraq, müharibə zamanı heç bir liderə zəng eləmirdi. Rusiya Prezidenti ilə ilk telefon danışığı oktyabrın 7-də oldu. Prezident zəng etdi, çünki Rusiya Prezidentinin ad günü idi. İlk təmasdan sonra ayın 8-də yenidən təmas oldu. Təbii ki, bu mövzuya toxunmamaq mümkün deyildi. Görünən odur ki, Prezident Putin 8-də bu mövzu ilə bağlı xüsusi olaraq zəng etdi.
Rusiya tərəfi israrlı şəkildə danışıqların keçirilməsi, nəticə hasil etməyin vacibliyini qeyd edərək, bunu təklif etdi. Ayın 8-də biz Cenevrədə olarkən, Bakıdan zəng gəldi ki, Prezident danışmaq istəyir, onun təlimatları olacaq.
Prezident dedi ki, belə bir razılıq əldə olunub. Sabah bu mövzunun müzakirəsi ilə bağlı görüş keçirilməlidir, ona görə sən və nazir müavini Moskvaya gedin. Təlimatlarını da verdi.
Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki – 5 il keçib, yəqin, bəzi məqamları açmağın zamanıdır – Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərə bir sənəd təqdim etdi”.
Nazirin sözlərinə görə, qərarın ilkin layihəsi təqdim edildi.
almağa ehtiyac var. Onlar bunu dəstəklədilər, fasilə elan edildi. Bizə qonşu otaqda məsləhətləşmək təklif edildi. Dedik, biz öz səfirliyimizə gedib geri dönərik. Biz səfirliyə getdik, Ermənistan nümayəndə heyəti isə orada qaldı.
Səfirlikdə Bakı ilə əlaqəyə çıxdıq, Prezident öz təlimatlarını təkrarladı. Hansı arqumentlərdən istifadə etmək lazım olduğunu da bir-bir dedi. Biz oraya geri dönəndə bütün Rusiya və xarici media orada idi. Onların ilkin gözləntisi ondan ibarət idi ki, atəşkəs 00:00-da elan ediləcək.
Qeyd edim ki, danışıqlar gedərkən Lavrova Putin zəng etdi. O zəng edəndə, Lavrov çıxırdı, Şoyqu zəng edəndə isə bizim yanımızda danışırdı.
Hamı üçün aydın oldu ki, bəlli bir mövqe var və biz bu mövqedən geri çəkilməyəcəyik. Dedik, bu gün nəticə hasil edilmirsə, sabah davam edə bilərik. Nəticəni həmin gün əldə etmək onlar üçün önəmli idi”, - C.Bayramov vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: