Böyük Britaniya Azərbaycana COP29-da göstərdiyi töhfəyə görə təşəkkür edib

10-11-2025, 20:33 7 dəfə baxılıb

 Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki müsbət töhfələrinə görə Azərbaycana təşəkkürünü bildirib.

"Azerinews.az" xəbər verir ki, bu barədə ölkənin Bakıdakı səfirliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq COP29-da dünya birliyini iqlim tədbirləri üzrə birləşdirdiyinə görə Azərbaycana təşəkkür edir. Bakıdan Belemə və sonra Londona qədər, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədilə ambisiyaları daha da artırmağa davam edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına başlanılıb. Ötən il isə COP29 Azərbaycanda təşkil olunmuşdu.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930