Rəsmi Bakı Pakistana başsağlığı verdi

12-11-2025, 01:04 3 dəfə baxılıb

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın İslamabad və Vana şəhərlərində çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərinə görə dərindən kədərləndiyini bildirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” səhifəsində paylaşım edilib.

“Pakistanın İslamabad və Vana şəhərlərində çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbəri bizi dərindən kədərləndirdi. Biz bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Pakistanla tam həmrəydir”, - deyə paylaşımda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930