Azərbaycan MN Türkiyəyə başsağlığı verdi - Foto
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib
"Azerinews.az” xəbər verir ki, bu barədə MN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!”, - paylaşımda bildirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: