Liderlər Kopenhagendə bu mövzuları müzakirə ediblər

14-11-2025, 12:38 11 dəfə baxılıb

 Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan ötən ay Kopenhagendə baş tutan görüş zamanı “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə ediblər.

“"Azerinews.az"” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransında çıxışı zamanı bildirib.

“Gizlətməyəcəyəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - o deyib.

Paşinyan növbəti müzakirələr zamanı layihənin konturlarının daha da dəqiqləşəcəyinə ümidvar olduğunu bildirib. O, layihənin icrası yolunda heç bir maneə görmədiyini sözlərinə əlavə edib. 

Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031