Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak etdi

15-11-2025, 17:37 5 dəfə baxılıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də ilk dəfə olaraq Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Axror Burxanov "X" sosial şəbəkə hesabında açıqlayıb.

"Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir vacib aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - deyə o, paylaşımında yazıb.

Burxanovun sözlərinə görə, Bayramovun görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir:

"İclas çox məhsuldar, açıq və etimada əsaslanan şəraitdə keçib. XİN başçıları regionumuzun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı ən aktual məsələləri ətraflı müzakirə ediblər".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930