Dövlət komitəsinin sədri Aİ-nin Azərbaycandakı yeni səfiri ilə görüşüb

17-11-2025, 20:03 8 dəfə baxılıb

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 17-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb. Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.

"Azerinews.az" xəbər verir ki, görüş zamanı komitə sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir. Ramin Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.

Ölkəmiz barədə xoş təəssüratlarını bölüşən səfir Mariyana Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın canlı şahidi olduğunu qeyd edib. Dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanda dini icmalarla əməkdaşlıq və qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Söhbət zamanı dini sahədə əməkdaşlıq imkanları ilə də bağlı fikir mübadiləsi aparılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930