Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab

20-11-2025, 14:43 2 dəfə baxılıb

 

"TƏBİB daxilində ali təhsili olmayan əməkdaşımız yoxdur”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

“Son günlər mediada bir əməkdaşımız haqqında yayılan xəbərlə bağlı bildirmək istəyirəm ki, həmin şəxs ATU-nun Tibbi profilaktika fakültəsini bitirib. Diplomunda həkim yazılıb. Səhiyyənin idarə olunması ilə bağlı magistr dərəcəsi alıb. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı paylaşmamışdan əvvəl dəqiqləşdirilmə aparılsın”.

Xatırladaq ki, son günlər mətbuatda TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı haqqında məlumat yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031