Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

21-11-2025, 20:38 7 dəfə baxılıb

 

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub.

"Azerinews.az"  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva  Alyona Əliyeva iştirak ediblər.

Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb.

Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib. Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz edilib.

Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança inşa edilib.

Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930